Türkiyədə yük gəmisi saya oturub

Türkiyədə, Çanaqqala boğazında yük gəmisi saya oturub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, 93 metr uzunluğunda, 2,9 min ton ağırlığında olan gəmi Mərmərə dənizindən Dardanel boğazına daxil olduqdan sonra Gelibolu bölgəsi sahillərində saya oturub.

Qeyd olunur ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən "Yalıköy" gəmisi Ukraynadan Yunanıstana hərəkət edirdi.

Hazırda gəminin hərəkətinin bərpa olunması üçün işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31