Rusiya nüvə silahına bu hallarla əl atacaq
27 Avqust 2022 12:29 DünyaRusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev nüvə silahının tətbiq edilə biləcəyi əsas şərtləri açıqlayıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, Medvedyev bunları Fransanın LCI kanalına müsahibəsi zamanı bildirib.
O qeyd edib ki, məsələ Rusiyanın hərbi doktrinasında kifayət qədər açıq şəkildə qeyd olunub. Sənədin 19-cu maddəsində nüvə silahının tətbiqi üçün 4 əsas göstərilib.
"Nüvə raketlərinin buraxılması, nüvə silahının tətbiqi, nüvə silahını idarə edən infrastruktura zərbə endirilməsi və ya dövlətin mövcudluğunu təhdid edən bütün digər hallarda atom silahı tətbiq edilə bilər. Lakin hələlik bu təhdidlərin heç biri mövcud deyil" - Medvedyev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31