Ukraynanın Çernomorsk limanından ərzaq daşıyan iki gəminin yola salınacaq
26 Avqust 2022 21:28 Dünyaİstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) ümumilikdə 58,75 min ton ərzaq daşıyacaq iki gəminin 27 avqust, şənbə günü, Ukraynanın Çernomorsk limanından yola düşməsinə icazə verib.
Olaylar.az bildirir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi xəbər verib.
Məlumata əsasən, "S-Breeze" quru yük gəmisi 44 min ton qarğıdalı ilə Misirə, "Adnan Torlak" gəmisi isə Fransanın Montuar şəhərinə 14,75 min ton rapsa çatdıracaq.
Bundan əlavə, avqustun 27-də Yujnı limanından 5,9 min ton günəbaxan yağı daşıyan "Oris Sofi" gəmisi Türkiyənin təyinat limanına yola düşəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31