Çindən Rusiyaya yeni avtomobillərin tədarükü artıb
26 Avqust 2022 15:47 DünyaÇindən Rusiyaya yeni avtomobillərin ölkələr arasında quru sərhədindən tədarükü artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Harbindəki Baş Konsulluğu özünün rəsmi Telegram kanalında məlumat verib.
"2022-ci ilin yeddi ayında Kraskino-Hunchun keçid məntəqəsi vasitəsilə Çin avadanlıqlarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 150% artıb. Bu, 1000 ədəddən çox müxtəlif nəqliyyat vasitələridir: özüboşaldan yük maşınları, yarımqoşqular, avtobuslar, kommersiya və minik avtomobilləri", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31