ABŞ gəmiləri bu ölkəyə buraxılmadı
26 Avqust 2022 14:47 DünyaSolomon adalarının rəsmiləri ABŞ Sahil Mühafizəsi gəmisinin onların limanına daxil olmasına icazə verməyib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Honoluludakı sözçüsü leytenant Kristin Kam məlumat verib.
"Solomon adaları hökuməti ABŞ hökumətinin Honiarada yanacaqdoldurma və tədarük üçün diplomatik icazə tələbinə cavab vermədi. ABŞ Sahil Mühafizəsinin gəmisini qəbul etməkdən imtina edilməsi Solomon adalarının Qərb dövlətləri ilə əlaqələrini Çinin xeyrinə kəsməsi ilə bağlı narahatlıqları artırır", - Kam bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31