Rusiyanın cənubunda uçuşlara məhdudiyyət müddəti uzadıldı
26 Avqust 2022 14:05 DünyaRusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti sentyabrın 4-dək uzadılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.
Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.
Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.
Regionda uçuşlara mövcud qadağanın müddəti avqustun 29-da bitməli idi.
Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31