Tək təkər sürən motosikletçi yük maşını ilə toqquşdu - VİDEO
26 Avqust 2022 13:46 DünyaRusiyada İjevskdə yeniyetmə motosikleti bir təkərin üstündə idarə edərək yük maşınına çırpılıb və videoya düşüb.
Olaylar.az bildirir ki, İjevskdə motosiklet və yük maşınının iştirakı ilə qəza baş verib. Hadisənin görüntülərini Telegram kanalında yayımlanıb.
Məlumata görə, motosikleti 16 yaşlı yeniyetmə idarə edib. O, nəqliyyat vasitəsini tək təkərdə sürmək qərarına gəlib və yüksək sürətlə qarşıdan gələn yük maşınına çırpılıb. Toqquşma zamanı motosiklet ağır yük maşınının ön şüşəsinə çırpılaraq onu deşib və kabinədə qalıb. Sürücü yolun kənarına düşüb, onu yük maşınının təkəri vurub.
Zərərçəkmişin çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirildiyi dəqiqləşdirilib. Onun vəziyyəti barədə məlumat verilməyib.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31