Rusiyada “Plov sentr”də atışma: Ölən və yaralılar var - VİDEO
26 Avqust 2022 11:26 DünyaRusiyanın Zelenoqrad şəhərində "Plov sentr" kafesində ölümlə nəticələnən atışma baş verib.
Bu barədə yerli İstintaq Komitəsi xəbər verib.Bununla bağlı yayılan kadrlardan görünür ki, əvvəlcə müştərilər arasında mübahisə baş verib. Bundan sonra onlardan biri silahını çıxararaq atəş açıb.
Hadisə nəticəsində 33 yaşlı gənc yerindəcə ölüb, daha iki nəfər isə yaralanıb.
38 yaşlı şübhəli saxlanılıb, onun evində axtarışlar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31