Ukraynanın Qorlovka şəhərində partlayış olub.
Olaylar.az xəbər verir ki, partlayış "Stirol" zavodunda qeydə alınıb.
Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb.
Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31