Bu ölkədə keçmiş prezident korrupsiya faktlarını etiraf etdi
26 Avqust 2022 10:33 DünyaQarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva (2003-2010) lideri olduğu İşçi Partiyasında hakimiyyətdə olduğu illərdə korrupsiya faktlarını etiraf edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, 2018-2019-cu illərdə Lula da Silva korrupsiya ittihamı ilə 580 gün həbsdə qalıb və bu, onun o vaxtkı seçki yarışında iştirakına mane olub.
Eyni zamanda, Lula da Silva özü də həmişə günahsızlığından danışaraq, siyasi məqsədlər üçün ədalətdən sui-istifadənin qurbanı olduğunu bəyan edib.
O, dövlət başçısı seçiləcəyi təqdirdə, korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə, o cümlədən dövlət idarəçiliyində daha çox şəffaflığın təmin edilməsinə söz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31