Dünyada meymunçiçəyinə yoluxma halları azaldı
26 Avqust 2022 10:31 DünyaMeymunçiçəyi xəstəliyinə yoluxma halları ötən həftə əvvəlki həftə ilə müqayisədə 21 faiz azalıb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.
Əvvəlki həftə dünyada 7 min 477 meymunçiçəyinə yoluxma halı görüldüyü halda, 15-21 avqust tarixlərində həftəlik halların 5 min 907-yə düşdüyü vurğulanıb.
Qeyd edək ki, meymunçiçəyi virusu indiyədək 90-dan çox ölkədə qeydə alınıb, 44 mindən çox yoluxma hadisəsi aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31