Britaniya təyyarəsi Krım körpüsünə yaxınlaşdı

Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Qara dəniz üzərindən uçuşu qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə uçuş izləmə xidməti "Flightradar" məlumat yayıb.

Məlumata görə, avqustun 24-də Britaniyanın "Boinq RC-135W" təyyarəsi Krım körpüsü yaxınlığında dəniz üzərindən dairəvi hərəkət edib. Daha sonra geri qayıdaraq Rumıniya ərazisinə daxil olub.

Bir neçə saat sonra həmin təyyarə Kerç boğazı istiqamətində növbəti uçuşu həyata keçirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31