Zelenski və Bayden arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Co Bayden telefon danışığı aparıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb.

Söhbət zamanı Zelenski ABŞ-ın sarsılmaz təhlükəsizlik təminatına və maliyyə dəstəyinə görə Baydenə təşəkkür edib.

Dövlət başçıları Ukraynanın Rusiyanı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə ediblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31