Rəcəb Tayyib Ərdoğan İbrahim Tatlısəsə zəng etdi
25 Avqust 2022 19:52 DünyaPrezident Rəcəb Tayyib Ərdoğan yol qəzası keçirən müğənni İbrahim Tatlısəsə telefonla zəng edərək ona və digər yaralılara tezliklə sağalmalarını arzulayıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün sənətçinin olduğu avtomobil Muğlanın Bodrum ilçəsində qəzaya düşüb. Hadisə zamanı avtomobildə Tatlısəslə yanaşı qızı da olub.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31