"Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri keçib" - ÜST

2022-ci ildə dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri keçib.

Olaylar.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.

O, bu göstəricini "faciəvi səhifə" adlandırıb.

Qeyd edək ki, pandemiyanın əvvəlindən bu günədək koronavirusdan ölənlərin sayı 6,4 milyon nəfəri keçib, ümumi yoluxanların sayı isə 600 milyon nəfərə yaxınlaşır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31