Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayı ARTIRILDI - FƏRMAN
25 Avqust 2022 18:40 DünyaRusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının 137 min vahid artırılması haqqında fərman imzalayıb.
Olaylar.az bildirir ki, fərmanın mətnində deyilir: "Müdafiə haqqında" federal qanuna uyğun olaraq, Rusiya Silahlı Qüvvələrinin sayı 2 039 758 vahid, o cümlədən 1 150 628 hərbi qulluqçu təşkil edir.
Putin həmçinin hökumətə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə bu fərmanın müddəalarının həyata keçirilməsi üçün zəruri olan büdcə vəsaitlərini ayırmağı tapşırıb.
RF Silahlı Qüvvələrinin ştat sayı haqqında əvvəlki 17 noyabr 2017-ci il tarixli fərman hazırda etibarsız sayılır və yeni sənəd isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31