Yaş yarımlıq uşağın bağırsaqlarından 34 maqnit çıxdı

Moskva vilayətində cərrahlar yaş yarımlıq uşağın bağırsaqlarından 34 maqnit çıxarıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azyaşlının xəstəxanaya yüksək hərarət, şiddətli halsızlıq və narahatlıqla daxil olduğu bildirilib. O, ağır vəziyyətdə "Ramenskoye" xəstəxanasına yerləşdirilib. Müayinələrdən sonra onun daxilində 34 maqnit şarın olduğu məlum olub.

Yad cisimlər cərrahi müdaxilə ilə çıxarılıb.

Hazırda xəstə evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31