ABŞ-in birinci xanımı yenidən koronavirusa yoluxub

ABŞ-ın birinci xanımı Cill Baydenin koronavirus testinin nəticəsi yenidən müsbət çıxıb.

Olaylar.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbərinin müavini Kelsi Donohyuya istinadən "CNN" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-ın birinci xanımında simptomların qayıtması müşahidə edilmir.

K.Donohyu qeyd edib ki, Cill Baydenlə təmasda olan bütün şəxslər onun testinin nəticəsi barədə məlumatlandırılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31