"Ukrayna bu müharibədə qalib gələ bilər və qazanacaq” - Boris Conson

Britaniyanın Baş naziri Boris Conson Ukrayanın müstəqillik günündə Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşüb.

Olaylar.az bildirir ki, baş nazir Twitter-də Ukraynada baş verənlərin hamı üçün vacib olduğunu bildirib.

"Ona görə də mən bu gün Kiyevdəyəm. Ona görə də Böyük Britaniya ukraynalı dostlarımızın yanında olmağa davam edəcək. Mən inanıram ki, Ukrayna bu müharibədə qalib gələ bilər və qazanacaq",- deyə baş nazir bildirib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31