“Qara maskalılar” məşhur rusiyalı biznesmen və siyasətçini öz mənzilində həbs etdilər - VİDEO

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Mash"-ın məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərinin keçmiş meri, iş adamı Yevgeni Royzman saxlanılıb.

Sabiq mer Rusiya Federasiyası Silahlı Qüvvələrinin fəaliyyətini gözdən salmağa yönəlmiş ictimai hərəkətlərlə məşğul olmaqda ittiham olunur.

Əgər məhkəmə təhlükəsizlik orqanlarının iddiasını təmin edərsə, Y.Royzmanı 10 ilə qədər həbs gözləyir.

Y. Royzman bu gün səhər saatlarında öz mənzilində saxlanılıb. Onun evində axtarış aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31