“Bu il Rusiyada meşə yanğınları ötən illə müqayisədə 2,8 dəfə azdır”- PUTİN

"2022-ci ildə Rusiyada meşə yanğınlarının ümumi sahəsi 2021-ci illə müqayisədə 2,8 dəfə azdır".

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsindəki təbii fəlakətin miqyasını qiymətləndirib.

Putinin sözlərinə görə, hazırda ölkənin bir sıra rayonlarında anomal hava şəraiti ilə əlaqədar çətin vəziyyət yaranıb: "İlk növbədə, söhbət Ryazan vilayətindəki təbii yanğınlardan gedir. Bu bölgədə meşə yanğınları xüsusi narahatlıq doğurur. Yanğının yayılma mərkəzlərini tez bir zamanda aradan qaldırmaq vacibdir".

Putin Nazirlər Kabinetinə yanğınların aradan qaldırılması üçün tədbirlər görməyi tapşırıb: "Güclü küləklər səbəbindən Ryazan vilayətində yanğınlar təəssüf ki, yayılmaqda davam edir. Onların ocağı bir neçə rayonda əhalinin məskunlaşdığı yerlərdən beş kilometrlik zonada yerləşir. Rayonda təkcə meşə fondu torpaqları yanmır, alov Okski və Meşerski qoruqlarına da keçib".

Rusiya prezidenti meşə yanğınları ilə mübarizədə fəal olmağa və vətəndaşlara yardım göstərməyə çağırıb.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31