Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
24 Avqust 2022 11:24 Dünya"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 700-ə çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 924 tank, 4 243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31