Norveç və Böyük Britaniya Ukraynaya mikro dronlar tədarük edəcək
24 Avqust 2022 10:27 DünyaNorveç və Böyük Britaniyanın hakimiyyət orqanları Ukraynaya Black Hornet mini-dronlarının pulsuz tədarükü barədə razılığa gəliblər.
Olaylar.az xəbər verir ki, Norveç Müdafiə Nazirliyinin açıqlamasına əsasən, müqavilənin dəyəri 9 milyon dollardan çoxdur.
"Norveç və Böyük Britaniya Ukraynaya ianə çərçivəsində Norveçin Black Hornet mikro-dronlarını almaq üçün güclərini birləşdirdilər" - deyə, ölkə hökumətinin saytında qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31