"Türkiyə sərhədlərinin təhlükəsizliyinə xüsusi önəm verir" - Çavuşoğlu
23 Avqust 2022 23:41 DünyaTürkiyə ordusunun bölgədə keçirdiyi əməliyyatlar Suriya üçün vacibdir.
Olaylar.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" telekanalının efirində deyib.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada beşinci antiterror əməliyyatı keçirməsinin mümkünlüyünü şərh edən Çavuşoğlu Ankaranın Suriya da daxil olmaqla bütün region ölkələrinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığını vurğulayıb.
"Suriya ərazisi terrorçulardan təmizlənməlidir. Türkiyə sərhədlərinin təhlükəsizliyinə xüsusi önəm verir", - deyə M.Çavuşoğlu bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31