Paşinyan türk ölkəsinə SƏFƏR EDƏCƏK

Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana ikigünlük işçi səfər edəcək.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabineti açıqlama yayıb.

Bildirilib ki, 25-26 avqustda Paşinyan Avrasiya Hökumətlərarası Şurasının Qırğısıztanın Çolpon-Ata şəhərində baş tutacaq iclasında iştirak edəək.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31