Hulusi Akar və ABŞ-ın müdafiə naziri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı NATO, ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bundan əlavə, Akar və Ostin müdafiə və təhlükəsizlik mövzuları, xüsusilə Ukraynada baş verənlər, terrorla mübarizə, F-16-ların tədarükü ilə bağlı məlumat və fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31