Darya Duqina dəfn edildi
23 Avqust 2022 22:10 DünyaRusiyalı jurnalist və politoloq Darya Duqina Moskva vilayətində dəfn edilib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Duqinanın dəfn mərasimi bağlı qapılar arxasında keçirilib, yalnız qohumları və dostları iştirak edib. Bundan əlavə, qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub.
Qeyd edək ki, Darya Duqina avqustun 20-də avtomobilinin partladılması nəticəsində qətlə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31