Marsda vaxtilə bol su oldub - FOTO
23 Avqust 2022 19:03 DünyaAvropa Kosmik Agentliyi (ESA) Marsda mayenin paylanması xəritəsini dərc ediblər.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, xəritə "Mars Express" və "Mars Reconnaissance Orbiter" alətlərindən istifadə etməklə tərtib edilib.
Burada vaxtilə su ilə zəhgin ərazilər göstərilib.
Alimlər hesab edirlər ki, Marsın tədqiqində paradiqma dəyişikliyindən danışmaq olar. Belə ki, əvvəllər qırmızı planetdə suyun az miqdarda olması ehtimal edilirdisə, indi suyun bütün planetin geologiyasının formalaşmasında böyük rol oynadığına heç bir şübhə yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31