Kiprdə ruslara bıçaqla hücum edən ukraynalı qadın saxlanılıb
23 Avqust 2022 15:45 DünyaKipr polisi Larnakada Rusiya Bayrağı Gününü qeyd edən rusları bıçaqla hədələyən 55 yaşlı Ukrayna vətəndaşını həbs edib.
Olaylar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Fileleftheros" qəzeti məlumat yayıb.
Hadisə Faneromeni kilsəsinin qarşısında baş verib.
Bir qrup insan Rusiya Bayrağı Gününü qeyd etmək üçün toplaşıb. İçərisində sərxoş olduğu bilinən qadın hadisə yerinə yaxınlaşıb və öz dilində nəsə qışqıraraq insanlara bıçaqla xəsarət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31