Türkiyədə meymunçiçəyinə yoluxanların sayı ARTIR

Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"Virusa yoluxanların sayı 11-ə çatıb. Fikrimcə, bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Meymunçiçəyi eyni mühitdə daha uzun müddət qalmaqla yoluxan bir virusdur. Biz virusun Türkiyədə nə pandemiya, nə də endemiyaya səbəb olacağına inanmırıq".

Həmçinin koronavirusun hələ bitmədiyini və yaxın gələcəkdə tamamilə yox olmayacağını vurğulayan Koca, "İndi bununla necə mübarizə aparacağımızı bilirik. Böyüklərimizin və əlavə xəstəlikləri olanların xəstəliyin əlaməti olan erkən dövründə müayinədən keçmələrinə diqqət yetiririk", deyə əlavə edib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31