“Suzuki”nin mənzil-qərargahında 13 nəfər zəhərləndi

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Suzuki Motor" avtokonsernin mənzil-qərargahının ərazisində azı 13 nəfər dəm qazından zəhərlənib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun məlumatına görə, zəhərlənənlər ərazidəki yeməkxananın işçiləridir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğınsöndürənlər yoxlamalara başlayıb.

Zərərçəkmişlər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31