“Ukraynalılar dəyərlərimizi qorumaq üçün canlarını verirlər”- Ursula von der Lyayen

"Putin müharibənin dəhşətlərini Avropaya qaytardı".

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qanunsuz və əsassızdır: "Rusiya hökumətinin nəzarətində olan təbliğat vasitələri tarixi təhrif edir, konspirasiya nəzəriyyələri yayır və buna qarşı çıxan hər kəs cəzalandırılır".

"Ukrayna vətəndaşları Avropa İttifaqının əsaslandığı dəyərləri qorumaq üçün canlarını verirlər", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31