Trampın mülkündə axtarış zamanı 300-dən çox məxfi sənəd tapılıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış aparan Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları onun Mar-a-Laqodakı malikanəsində 300-dən çox məxfi sənəd tapıblar. 

Olaylar.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qeyd olunur ki, Trampın yanvar ayında ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasına təhvil verdiyi sənədlərin ilkin partiyasında 150-yə yaxın məxfi sənəd olub. Qalanları isə eks-prezidentin nümayəndələri iyun ayında ABŞ Ədliyyə Nazirliyinə təhvil veriblər və avqustun əvvəlində Mar-a-Laqoda aparılan axtarışlar zamanı ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31