Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
23 Avqust 2022 12:22 Dünya"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 550 hərbçisi məhv edilib".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 921 tank, 4 238 zirehli döyüş maşını, 1033 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 146 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 150 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31