Ukraynanın təhlükəsizlik təminatı ilə bağlı ilk sənəd hazırlanır
23 Avqust 2022 11:09 DünyaUkrayna 29-30 avqust tarixləri üçün ölkənin təhlükəsizlik təminatı ilə bağlı ilk sənədin hazır olacağını düşünür.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Macarıstan liderlərinin məsləhətçiləri ilə görüşdən sonra deyib.
"Ayın sonuna kimi, düşünürəm ki, 29 yaxud 30 avqustda cənab Rasmussenlə ilk sənədin hazır olacağını gözləyirik. Hazırda həmin sənəd üzərində işləyirik", - Yermak deyib.
Yermak sənədlə tanış olduğunu və onun yaxşı hazırlandığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31