Naməlum şəxslər təcili yardım stansiyasına hücum etdilər

Yekaterinburqda naməlum şəxslər təcili yardım stansiyasına hücum ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Münaqişə ilə bağlı 8 saylı polis bölməsinə məlumat daxil olub. Hazırda ərazidə polis şöbəsinin əməkdaşları tərəfindən yoxlama tədbirləri aparılır, hadisənin şahidləri müəyyənləşdirilir", - deyə, KİV-lə əlaqələr şöbəsindən bildirilib.
Hücum edənlər təcili yardım sürücüsünü döyüblər, həmçinin səhər saatlarında qayıdıb stansiya işçilərini odlu silahla vurmaqla hədələyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31