"Nüvə silahı olan ölkələr ondan istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər" - BMT-nin baş katibi
22 Avqust 2022 22:59 DünyaBMT-nin Baş katibi Antonio Quterreş Zaporojye atom elektrik stansiyası (AES) ətrafında vəziyyətlə bağlı dialoqun zəruriliyini vurğulayıb və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) missiyasının Kiyevdən keçməklə stansiyaya gedəcəyi təqdirdə ona töhfə verməyə hazır olduğunu təsdiqləyib.
Olaylar.az "report"a istinadən bildirir ki, onun sözlərinə görə, nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb.
"Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31