Rusiyadan neft alışı iki dəfə artdı

Olaylar.az bildirir ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox Rusiya nefti alıb.

Ölkə Rusiyadan xammal tədarükünü, o cümlədən "Urals" və "Siberian Light" markalı neftin tədarükünü gündə 200 min bareldən çox artırıb.

Ötən ilin ilk 8 ayında Türkiyə gündəlik 98 min barel neft idxal edib.

Eyni zamanda, ölkənin neft emalı zavodları Şimal dənizi, İraq və Qərbi Afrikadan neft alışını azaldıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31