Yeni virus aşkarlandı: "Pomidor qripi"
22 Avqust 2022 18:39 DünyaHindistanda 82 uşaqda "pomidor qripi" aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Lancet" jurnalı məlumat yayıb.
Mütəxəssislər virusun 5 yaşdan kiçik uşaqlarda qeydə alındığı və çox asanlıqla yayılması barədə xəbərdarlıq ediblər.
Adını dəridə yaranan, qırmızı qabarcıqlardan alan "pomidor qripi" qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.
Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31