Ukrayna hərbçilərinin Xersona hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Avqust 2022 16:46 DünyaUkrayna Silahlı Qüvvələrinin (APU) Xersonda Dnepr üzərindən keçən Antonovski körpüsünü atəşə tutması nəticəsində azı 15 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, atəş HIMARS çoxlu buraxılış raket sistemlərindən (MLRS) atılıb.
"Ukrayna Silahlı Qüvvələrinin gündüz saatlarında Antonovski körpüsünü atəşə tutması nəticəsində yerli təmir-bərpa briqadasının mülki işçiləri yaralanıb", - deyə, o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31