Türkiyə İrana uçuşları dayandırdı - SƏBƏB
22 Avqust 2022 15:11 DünyaTürkiyədən İran və Əfqanıstana uçuşlar dayandırılıb.
Bu barədə "Turkish Press" saytının Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə koronavirusa yoluxmanın artması səbəbindən İran və Əfqanıstana hava yolları şirkətlərinin uçuşlarını dayandırıb.
Bununla yanaşı, İranda koronovirusa yoluxma halları artıb və ölkənin səhiyyə rəsmiləri yoluxmanın 7-ci dalğasının başlanğıcında olduqlarını bildiriblər.
Tehranın "İmam Xomeyni" hava limanı isə yaydığı məlumatda uçuşların dayandırıldığını təkzib edib. Qurumdan yayılan açıqlamada sözügedən xəbərin daha öncəyə aid olduğu və səhvən yenidən yayıldığı iddia olunub.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31