Yunanıstanda bir qrup alpinisti ildırım vurub

Yunanıstanda bir qrup alpinisti ildırım vurub, bir nəfər ölüb. 

Olaylar.az xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası ERT xəbər verib.

Qeyd olunur ki, hadisə Six Peaks dırmanma yarışı zamanı baş verib. 55 idmançı Falakro dağının altı ən yüksək zirvəsinə qalxmalı olub.
Yarış zamanı güclü tufan başlayıb, ildırım bir qrup turisti vurub. Nəticədə 55 yaşlı kişi ölüb, daha bir idmançı xəsarət alıb, vəziyyəti ağır qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31