ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Riqaya gəlib
22 Avqust 2022 12:22 DünyaABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Arlington gəmisi və 22-ci Dəniz Ekspedisiya Bölməsi ilə birlikdə USS Gunston Hall desant gəmisi şənbə günü planlaşdırılan səfər çərçivəsində Riqaya gəlib.
Trend bildirir ki, ABŞ müttəfiqləri arasında artan qarşılıqlı əlaqəni vurğulayır.Səfər zamanı USS Arlington əməkdaşlarına ABŞ səfirliyinin əməkdaşları ev sahibliyi edəcək, USS Gunston Hall isə səfirliyin əməkdaşları və Latviya rəsmiləri üçün ekskursiyalar təşkil edəcək.Amerika hərbçiləri üçün Köhnə Riqaya və Qauja Milli Parkına ekskursiyalar təşkil edilir. İyul ayında Amerikanın USS Arleigh Burke esminesi də Riqaya səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31