Sudanda daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib

Sudanda leysan yağışlar sellə - onlarla insanın ölümünə səbəb olan təbii fəlakətlə nəticələnib.
Olaylar.az xəbər verir ki, sel nəticəsində ölənlərin sayı artıb.
Nazirlər Kabineti təbii fəlakətlə əlaqədar bir sıra əyalətlərdə fövqəladə vəziyyət elan edib.
Leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb. Qeyd edilir ki, Gezira, Ağ Nil, Qərbi Kordofan, Cənubi Darfur və Kassala əyalətlərində baş verən daşqınlarda ölənlərin sayı 80-ə çatıb. Nazirlər Şurası həmin əyalətlərdə fövqəladə vəziyyət elan edib.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, iyun ayından bu günə kimi Sudanda təxminən 136 000 nəfər daşqınlardan və leysan yağışlardan zərər çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31