Gürcüstanda yanğınla mübarizəyə PUA-lar cəlb edilib

Gürcüstanın müxtəlif nazirlik və idarələrinin əməkdaşları Borjomi dərəsində baş vermiş yanğının söndürülməsi üçün fasiləsiz fəaliyyət göstərirlər.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Sputnik Gürcüstan"-ın məlumatına görə, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, yanğının söndürülməsinə 250 yanğınsöndürən və xilasedici, pilotsuz təyyarələr, sərhəd xidmətinin üç helikopteri, 300 xüsusi təyinatlı zabit və yerli polis bölmələrinin əməkdaşları səfərbər ediliblər.

"Qayalıq və çətin relyef yanğının söndürülməsi prosesini çətinləşdirir", - məlumatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31