Rosaviasiya Rusiyanın 11 hava limanına uçuşların qadağasını uzadıb

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi avqustun 29-dək uzadılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları hələ də bağlıdır.
Qeyd edək ki, hava limanlarının fəaliyyətinə məhdudiyyətlər Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən fevralın 24-də, Ukrayna-Rusiya müharibəsinin başladığı gün tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31