Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
22 Avqust 2022 10:04 Dünya"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 400 hərbçisi məhv edilib".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 919 tank, 4 230 zirehli döyüş maşını, 1032 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 145 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 194 qanadlı raket, 15 gəmi, 3 149 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31