"Almaniya iqtisadiyyatı qış tənəzzülü ilə üzləşə bilər" - Yoahim Nagel
20 Avqust 2022 21:35 DünyaEnerji böhranı kontekstində Almaniya iqtisadiyyatında qış tənəzzülü ilə üzləşə bilər, Bundesbank prezidenti Yoahim Nagel etiraf edib.
Olaylar.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının rəhbərinin sözlərinə görə, Almaniya iqtisadiyyatı ilin birinci yarısında yaxşı vəziyyətdə idi, lakin tədarüklə bağlı problemlər yaranarsa, proqnoz daha da pisləşə bilər.
O, xüsusilə çaylarda suyun uzun müddət az olması ilə bağlı yarana biləcək çətinlikləri qeyd edib.
Onun fikrincə, payızda inflyasiya 10 faizə çata bilər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31