"Bundan sonra ruslar bərpa üçün geri çəkildilər" - Ukrayna Silahlı Qüvvələri

Rusiya ordusu artıq ikinci gündür ki, Ukraynanın cənubundakı Blaqodatnıy rayonunda Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edir.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pivden əməliyyat komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, ilk hücum uğursuz olub, bundan sonra ruslar bərpa üçün geri çəkildilər. Sonra onlar ikinci hücum təşkil etdilər və hazırda Ukrayna Silahlı Qüvvələri mövqelərini qoruyurlar.

Döyüşlərin hələ də davam etdiyi bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31