Türkiyədə qəzaya düşənləri xilas edənlər avtobusun altında qaldılar: Ölənlər var - VİDEO
20 Avqust 2022 14:56 DünyaTürkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb.
Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb.
Bu zaman sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və İHA-nın canlı yayım maşınına çırpılıb.
Nəticədə 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, 15 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara çatdırılıb.
Mənbə: Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31